Axtarış

AZ EN

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Naxçıvan Dövlət Universitetinin komandasını təltif edib

11.12.2025 02:19
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Naxçıvan Dövlət Universitetinin komandasını təltif edib
Xəbər şəkli

Dekabrın 9-da "Konstitusiya və Suverenlik İli"  çərçivəsində Azərbaycan Respublikasının Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib. 
İclas çərçivəsində 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” münasibətilə ali təhsil müəssisələri arasında keçirilən “Azərbaycan Respublikasının Konstitusiyası və Dövlət Suverenliyi” adlı hüquq viktorinasında “Nominasiyalar” üzrə fərqlənmiş tələbələrin mükafatlandırılması mərasimi təşkil edilib. 
Baş prokuror Kamran Əliyev tərəfindən Naxçıvan Dövlət Universitetinin  komandasına  “Suverenlik və müdafiə qalası” xüsusi nominasiya mükafatı təqdim olunub. 

 

Paylaş: