Axtarış

AZ EN

Haqqında

İncəsənət fakültəsi 11 dekabr 1998-ci ildə universitetin elmi şurasının qərarı ilə yaranmışdır. Əvvəlcə 3 kafedra ilə fəaliyyətə başlayan fakültə hazırda 7 kafedranı öz tabeliyində birləşdirir. Bu kafedralarda 75 nəfər müəllim, 8 nəfər tədrisə köməkçi heyət çalışır. Əməkdaşlarımızdan 1nəfər sənətşünaslıq elmləri doktoru, 6 nəfər sənətşünaslıq üzrə fəlsəfə doktoru, 4 nəfər pedoqogika üzrə fəlsəfə doktoru, 2 nəfər professor, 11 nəfər dosent, 1 nəfər Azərbaycan Respublikasının Xalq Rəssamı, 3 nəfər Azərbaycan Respublikasının Xalq artisti, 2 nəfər Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı, 4 nəfər Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, 7 nəfər Azərbaycan Respublikasının Əməkdar artisti, 3 nəfər Azərbaycan Respublikasının Əməkdar müəllimi, 4 nəfər Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, 4 nəfər Naxçıvan Muxtar Respublikasının Əməkdar İncəsənət xadimidir.

Fakültədə aşağıdakı ixtisaslar üzrə bakalavr hazırlığı həyata keçirilir:

  • Rəngkarlıq
  • Təsviri incəsənət müəllimliyi
  • Musiqi müəllimliyi
  • İnstrumental ifaçılıq ( Xalq çalğı alətləri )
  • İnstrumental ifaçılıq ( Fortepiano )
  • İnstrumental ifaçılıq ( Simli alətlər )
  • İnstrumental ifaçılıq ( Nəfəs alətləri )
  • Solo oxuma
  • Vokal sənəti (sahələr üzrə – Milli vokal)
  • Vokal sənəti (sahələr üzrə – Xanəndə)
  • Bəstəkarlıq
  • Dirijorluq
  • Aktyor sənəti
  • Musiqişünaslıq
  • İnstrumental ifaçılıq (Xalq çalğı alətləri) (qiyabi)
  • Musiqişünaslıq (qiyabi)
  • Dizayn (interyer)

Fakültədə tədris, təlim-tərbiyə işləri Azərbaycan Respublıkası Təhsil Nazirliyi və Universitet rəhbərliyinin qarşıya qoyduğu tələblər əsasında həyata keçirilir.

Fakültədə TEC xətti ilə dövrün aktual problemlərinə həsr olunan mövzularla bağlı müəllimlər tələbələrə rəhbərlik edir, onları elmi yöndə düzgün istiqamətləndirirlər. Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə fakültədə vaxtaşırı intellektual oyunlar keçirilir ki, bu da tələbələrimizin dünyagörüşünün artırılmasına kömək edir.

Hər il sentyabr ayının 18-də Milli musiqi günü, Azərbaycan bəstəkarlarının yubileyləri qeyd olunur, bütün əlamətdar günlərə aid tədbirlər hazırlanır. Müəllim və tələbələrimiz Naxçıvan Muxtar Respublikasının demək olar ki, bütün incəsənət yönümlü tədbirlərində istər iştirakçı, istərsə də tamaşaçı qismində yaxından iştirak edirlər.

Fakültə tabeliyində olan kafedralar ənənəvi olaraq hər il hesabat konsertləri keçirir. Bu konsertlərin məqsədi tələbələrin qabiliyyətinin üzə çıxarılması, onların yaxşı ixtisaslı kadr kimi formalaşmasına və səhnə davranışının inkişaf etməsinə diqqəti artırmaqdır.

Fakültədə fəaliyyət göstərən tələbə və müəllimlərdən ibarət Kamera orkestri, Xalq çalğı alətləri ansamblı, eyni zamanda müxtəlif tərkibli ansambllar, “Mahur” rəqs qrupu, xor, Şən və Hazırcavablar klubu, Tələbə Teatr Studiyası tələbələrin bacarıq və istedadlarını üzə çıxarmağa geniş imkan yaradır. Musiqi qruplarımız tez-tez Türkiyə Respublikasının müxtəlif şəhərlərində konsert proqramı ilə çıxış edir.

Fakültədə tez-tez istedadlı gənclərin solo konsertlərinin, müəllimlərin sinif konsertlərinin, tələbələrin əl işlərindən ibarət sərgilərin, məzun sərgilərinin keçirilməsi də fakültənin iş qrafikinə daxildir.

Tələbələrin biliklərini daha da artırmaq məqsədilə paytaxtda fəaliyyət göstərən ali musiqi təhsil ocaqlarından ustad dərsləri üçün professor-müəllimlər dəvət olunur.

Universitetimizin xarici ölkə universitetləri ilə olan əlaqələri müəllim və tələbə mobilliyinə imkan verir ki, bu əməkdaşlıqdan İncəsənət fakültəsinin müəllim və tələbələri də yararlanır. Tələbələrimiz 1 və ya 2 semestr müddətinə xarici ölkə universitetlərində təhsillərini davam etdirir, öz bilik dairəsini genişləndirərək gələcək karyeraları üçün mühüm nailiyyət əldə edirlər.

Rəhbərlik və Heyət

Hacıyev Mobil Gülməmməd oğlu

Hacıyev Mobil Gülməmməd oğlu

Dekan müavini

Cəfərli Toğrul  İman oğlu

Cəfərli Toğrul İman oğlu

Akademik məsləhətçi

Əkbərova Səadət Yaşar qızı

Əkbərova Səadət Yaşar qızı

Akademik məsləhətçi

Tağıyeva Gülnar Elşən qızı

Tağıyeva Gülnar Elşən qızı

Kompüter operatoru

Fortepieno kafedrası

Musiqi sirli, sehirli bir aləmdir, sanki bir cənnətdir. Bu cənnəti insanlara yaşadan isə dahi bəstəkarlar və ifaçılardır. Belə istedadlı fortepiano ifaçılarını isə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin fortepiano kafedrası yetirir.

Fortepiano kafedrasının müəllimlərinin əksəriyyəti Naxçıvan musiqi mədəniyyətinin inkişafında xüsusi xidmətləri olan sənətkarlardır. Onlar tələbələrlə çox ciddi və vicdanla məşğul olurlar. Elə bu səbəbdəndir ki, Muxtar Respublikanın Uşaq musiqi məktəblərində, kollec və musiqi , ali təhsil ocaqlarında kafedranın yetirmələri fəaliyyət göstərirlər. Kafedrada təhsil, təlim tərbiyə işləri yüksək səviyyədə həyata keçirilir. Hər tədris ilinin sonunda keçirilən hesabat konserti müəllim və tələbələrin uğurlu nəticələrindən xəbər verir. Kafedra tək solo ifaçı deyil, həm də konsertmeysterlər yetirir. Bundan başqa müəllimlərin sinif konsertləri və tələbələrin solo konsertləri keçirilir.Çiçəklənən Muxtar Respublikamızın bütün sahələrində olduğu kimi , musiqi təhsili sahəsində də inkişafı göz qabağındadır. Bu işdə fortepiano kafedrasının fəaliyyəti danılmazdır. Fortepiano kafedrasının müdiri - Azərbaycan Respublikasının "Əməkdar Mədəniyyət İşçisi", Naxçıvan Muxtar Respublikasının "Əməkdar İncəsənət Xadimi", professor Səidə Müslüm qızı Məmmədovadır.

Musiqi təlimi kafedrası

“Musiqi təlimi” kafedrası ali təhsilin bakalavriat pilləsində, musiqi müəllimliyi ixtisası istiqaməti üzrə əsas aparıcı kafedralarından biridir. Gələcək mütəxəssislərin hazırlığında kafedra  müxtəlif fənn üzrə tədris həyata keçirir. Tədris olunan  fənlər yüksək ixtisaslı mütəxəssislər tərəfindən tədris olunur. Fənlərin tədrisinin keyfiyətini artırmaq, tədris prosesinin səmərəliliyini yüksəltmək üçün müasir təlimin müxtəlif texniki vasitələrindən və metodlarından istifadə olunur. Kafedranın əsas bazası orta ümumtəhsil məktəblərində musiqi müəllimi kadrları hazırlamaqdır. İncəsənət fakültəsinin Elmi Şurasının 11 aprel 2023-cü il tarixli 08 saylı iclas protokolundan çıxarışa əsasən 11 aprel 2023-cü il tarixdən “Musiqi təlimi” kafedrasına Sevinc Musayeva Hafiz qızı tam ştat kafedra müdiri vəzifəsinə təyin edilsin. Kafedra müdiri vəzifəsinə təyin edildiyindən “Musiqi təlimi” kafedrasında əmək müqaviləsi ləğv edilməklə tam ştat baş müəllim vəzifəsindən azad edilib, əvvəlki seçki müddəti saxlanılmaqla əmək müqaviləsi ilə 0.5 ştat baş müəllim vəzifəsinə keçirilsin.

Musiqinin tarixi və nəzəriyyəsi kafedrası

Musiqinin tarixi və nəzəriyyəsi kafedrası ali təhsilin bakalavriat pilləsində Musiqişünaslıq və Bəstəkarlıq, eyni zamanda magistratura pilləsində Musiqi tənqidi və Etnomusiqişünaslıq istiqamətləri üzrə əsas aparıcı ixtisas  kafedralarından biridir. Gələcək mütəxəssislərin hazırlığında kafedra 32 müxtəlif fənn üzrə tədris həyata keçirir. Tədris olunan fənlər yüksək ixtisaslı peşəkarlar tərəfindən tədris olunur. Fənlərin tədrisinin keyfiyyətini artırmaq, tədris prosesinin səmərəliliyini yüksəltmək üçün müasir təlimin müxtəlif texniki vasitələrindən və metodlarından istifadə olunur. Kafedraya sənətşünaslıq elmləri doktoru,  dosent Məhərrəmova İnara Eldar qızı rəhbərlik edir.

Orkestr alətləri və dirijorluq kafedrası

Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin “Orkestr çalğı alətləri” kafedrası 2008-ci ildə yaradılmışdır. 2011-ci ildə kafedranın adı dəyişdirilərək “Orkestr alətləri və dirijorluq” kafedrasına çevrilmişdir. Hazırda həmin kafedrada 13 professor-müəllim çalışır. Onlardan 1 nəfər Azərbaycan Respublikasının xalq artisti, 3 nəfər Azərbaycan Respublikasının əməkdar artisti, 1 nəfər Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, 2 nəfər Naxçıvan Muxtar Respublikasının əməkdar artisti, 1 nəfər professor, 4 nəfər dosent, 3 nəfər fəlsəfə doktoru, 1 nəfər tələbə doktorudur. 5  nəfər baş müəllim, 4 nəfər müəllimdir.

Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Mübariz Səməd oğlu Əsgərov 2022-ci ilin oktyabr ayından “Orkestr çalğı alətləri və dirijorluq” kafedrasının müdiri vəzifəsinə təyin edilib və hazırda kafedraya rəhbərlik edir.

Teatr və mədəniyyətşünaslıq kafedrası

2011-ci il tarixdə  NDU-da Teatr və mədəniyyətşünaslıq kafedrası yaradılmışdır. Hazırda həmin kafedrada 5 nəfər müəllim heyəti fəaliyyət  göstərir. Bunlardan bir nəfəri Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi , bir nəfəri  Azərbaycan Respublikasının xalq artisti , bir nəfəri Azərbaycan Respublikasının əməkdar artisti, bir nəfər dosent, bir nəfər fəlsəfə doktoru  , iki nəfər baş müəllim, bir  nəfər müəllim , 2 nəfər 0.5 ştat müəllimdir.
Kafedraya  rəhbərlik- NDU-nin rektorunun əmri ilə Filologiya üzrə fəlsəfə  doktoru-dosent Gülxarə Mənaf qızı Əhmədova 6 iyul 2011-ci ildən Teatr və mədəniyyətşünaslıq kafedrasının müdiri təyin edilmiş və hazırda kafedraya rəhbərlik  edir.

Təsviri incəsənət kafedrası

Təsviri incəsənət” kafedrası ali təhsilin bakalavriat pilləsində “Təsviri incəsənət  müəllimliyi”, “Rəngkarlıq”, “Dizayn” istiqamətləri üzrə əsas aparıcı ixtisas kafedralarından biridir.

Gələcək mütəxəsislərin hazırlığında kafedra  müxtəlif  fənnlər üzrə tədris həyata keçirir. Tədris olunan  fənlər yüksək ixtisaslı mütəxəsislər tərəfindən tədris olunur. Fənlərin tədrisinin keyfiyətini artırmaq, tədris prosesinin səmərəliliyini yüksəltmək üçün müasir təlimin müxtəlif texniki vasitələrindən və metodlarından istifadə olunur.

Tələbələrimizin hər il müxtəlif mövzularda sərgiləri təşkil olunur. Əlamətdar günlərdə, yubileylərdə müəllim və tələbə heyəti ilə birlikdə sərgilər təşkil edilir,eyni zamanda respublika və beynəlxalq səviyyəli sərgi, müsabiqə və festivallarda iştirak edilir. Naxçıvan Rəssamlar Birliyi, Gənclər Fondunun, Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin təşkil etdiyi sərgi və müsabiqələrdə həm tələbələr, həm də müəllimlərin iştirakı təmin olunur. Ustad dərsləri təşkil olunur. Bundan əlavə, rəssam tələbələr mütəmadi olaraq etüdlərə aparılır. 21 oktyabr 2022-ci il tarixindən kafedranın müdiri təyin edilmiş Hacıyeva Siddiqə Zakir qızı kafedraya rəhbərlik edir. 

Xalq çalğı alətləri kafedrası

“Xalq Çalğı Alətləri” ixtisası Naxçıvan Dövlət Universiteti  İncəsənət fakultəsi İfaçılıq kafedrasının  (1996-cı il)  yarandığı ilk gündən  onun nəzdində fəaliyyət göstərmişdir. 2008-ci ildən isə “Xalq Çalğı Alətləri” ixtisası  İfaçılıq kafedrasından ayrılaraq “Xalq Çalğı Alətləri” adı altında müstəqil kafedra kimi fəaliyyət göstərmişdir. Haliyədə həmin kafedrada 13 nəfər professor, müəllim heyəti, 6 nəfər konsertmeystr, 1  nəfər  isə laborant fəaliyyət göstərir. Bunlardan 1  nəfər Azərbaycan Respublikasının  qabaqcıl təhsil işçisi, Pedaqogika üzrə fəlsəfə doktoru,dosent, 4 nəfər Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, bunlardan  1 nəfər Naxçıvan  Muxtar  Respublikasının  əməkdar müəllimidir. 1  nəfər  Naxçıvan Muxtar Respublikasının əməkdar artisti, baş müəllim, 3 nəfər baş müəllim,  1  nəfər  Prezidentin fərdi təqaüdçüsü,  Naxçıvan MR Əməkdar Mədəniyyət işçisi, müəllim,  3 nəfər isə müəllimdir.

Naxçıvan  Dövlət Universitetinin  rektorunun əmri ilə Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent  Məmmədov Vahid Məmmədəli oğlu 2025-cü ilin dekabr ayından etibarən “Xalq Çalğı Alətləri” kafedrasının müdiri təyin edilmişdir və hal-hazırda kafedraya rəhbərlik edir.

İxtisaslar

  • Rəngkarlıq
  • Təsviri incəsənət müəllimliyi
  • Musiqi müəllimliyi
  • İnstrumental ifaçılıq ( Xalq çalğı alətləri )
  • İnstrumental ifaçılıq ( Fortepiano )
  • İnstrumental ifaçılıq ( Simli alətlər )
  • İnstrumental ifaçılıq ( Nəfəs alətləri )
  • Solo oxuma
  • Vokal sənəti (sahələr üzrə – Milli vokal)
  • Vokal sənəti (sahələr üzrə – Xanəndə)
  • Bəstəkarlıq
  • Dirijorluq
  • Aktyor sənəti
  • Musiqişünaslıq
  • İnstrumental ifaçılıq (Xalq çalğı alətləri) (qiyabi)
  • Musiqişünaslıq (qiyabi)
  • Dizayn (interyer)

Sənədlər