Axtarış

AZ EN

Naxçıvan Dövlət Universitetində xaricdə təhsil alacaq rezidentlərlə görüş keçirilib

04.02.2026 02:52
Naxçıvan Dövlət Universitetində xaricdə təhsil alacaq rezidentlərlə görüş keçirilib

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev xaricdə təhsil alacaq rezidentlərlə görüşüb. Görüş zamanı rektor rezidentləri təbrik edərək onlara qarşıdakı təhsil həyatlarında uğurlar arzulayıb.

Rektor universitetlər arasında imzalanmış ikili əməkdaşlıq müqavilələrinin əhəmiyyətindən danışaraq, bu proqram çərçivəsində xaricə göndəriləcək rezidentlərə yaradılan imkanlardan səmərəli istifadə etməyi tövsiyə edib.

Tələbələrdən dördü Türkiyənin Qazi Universitetinə, biri isə Ondokuz Mayıs Universitetinə rotasiya olunub.

Tibb fakültəsinin III kurs üzrə “Patoloji anatomiya və məhkəmə-tibbi ekspertiza”, “Nevrologiya”, “Oftalmologiya” ixtisasları, IV kurs üzrə isə “Yoluxucu xəstəliklər” və “Kardiologiya” ixtisaslarında təhsil alan rezidentlər müvafiq olaraq üç, altı və doqquz ay müddətində xaricdə təhsil alacaqlar.

 Badəm Əliyeva

Media və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı

 

 

 

 

Paylaş: