Təcrübəçi tələbələr “Şərqin incisi Naxçıvan” adlı tədbir təşkil ediblər
02.05.2024
12:32
Tarix-filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə 4-cü kurs təcrübəçi tələbələri Eynəli bəy Sultanov adına 7 saylı tam orta məktəbdə “Şərqin incisi Naxçıvan” adlı tədbir keçiriblər.
Tədbirdən əvvəl şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra tələbə və şagirdlərin hazırladığı sərgiyə baxış olub.

