Musiqi sirli, sehirli bir aləmdir, sanki bir cənnətdir. Bu cənnəti insanlara yaşadan isə dahi bəstəkarlar və ifaçılardır. Belə istedadlı fortepiano ifaçılarını isə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin fortepiano kafedrası yetirir.
Fortepiano kafedrasının müəllimlərinin əksəriyyəti Naxçıvan musiqi mədəniyyətinin inkişafında xüsusi xidmətləri olan sənətkarlardır. Onlar tələbələrlə çox ciddi və vicdanla məşğul olurlar. Elə bu səbəbdəndir ki, Muxtar Respublikanın Uşaq musiqi məktəblərində, kollec və musiqi , ali təhsil ocaqlarında kafedranın yetirmələri fəaliyyət göstərirlər. Kafedrada təhsil, təlim tərbiyə işləri yüksək səviyyədə həyata keçirilir. Hər tədris ilinin sonunda keçirilən hesabat konserti müəllim və tələbələrin uğurlu nəticələrindən xəbər verir. Kafedra tək solo ifaçı deyil, həm də konsertmeysterlər yetirir. Bundan başqa müəllimlərin sinif konsertləri və tələbələrin solo konsertləri keçirilir.Çiçəklənən Muxtar Respublikamızın bütün sahələrində olduğu kimi , musiqi təhsili sahəsində də inkişafı göz qabağındadır. Bu işdə fortepiano kafedrasının fəaliyyəti danılmazdır. Fortepiano kafedrasının müdiri - Azərbaycan Respublikasının "Əməkdar Mədəniyyət İşçisi", Naxçıvan Muxtar Respublikasının "Əməkdar İncəsənət Xadimi", professor Səidə Müslüm qızı Məmmədovadır.

