Coğrafiya kafedrası 1972-ci ildə yaradılmışdır. Kafedraya 1972-1978-ci illərdə coğrafiya üzrə fəlsəfə doktoru:dosent Səfərəli Babayev, 1978-1990 illərdə Biocoğrafiya kafedrasına biologiya ü.f.d., dosent Abbas Mehdiyev, 1990-2003-cü illərdə Coğrafiya kafedrasına coğrafiya elmləri doktoru, AMEA-nın müxbir üzvi Səfərəli Babayev, 2003-2016-cı ilə qədər coğrafiya üzrə fəlsəfə doktoru., dosent Nazim Bababəyli və 2016-2022-ci il avqust ayına kimi isə coğrafiya üzrə fəlsəfə doktoru., dosent Əli Həsənov rəhbərlik etmişlər. 07 iyul 2023-cü ildən kafedraya pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim Elnarə Seyidova rəhbərlik edir.
Ø Coğrafiya kafedrasının 13 nəfər əməkdaşı vardır. Bunlardan 1 nəfər aqrar elmlər üzrə fəlsəfə doktoru dosent, 2 nəfər coğrafiya üzrə fəlsəfə doktoru, baş müəllim, 1 nəfər coğrafiya üzrə fəlsəfə doktoru, müəllim, 1 nəfər pedaqogika üzrə fəlsəfə doktoru baş müəllim, 2 nəfər baş müəllim, 7 nəfər müəllim vəzifəsində çalışır. 1 nəfər isə kabinə müdiri və 1 nəfərdə laborant vəzifəsində çalışır.
Ø “Coğrafiya” kafedrasında ali təhsilin bakalavr və magistratura pilləsinin aşağıdakı ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir:
ØBakalavr təhsil pilləsi üzrə: Coğrafiya, Coğrafiya müəllimliyi, Yerquruluşu və daşınmaz əmlakın kadastrı
Ø Magist təhsil pilləsi üzrə:
Coğrafiyanın tədrisi metodikası və metodologiyası
İqtisadi coğrafiya

