“Meliorasiya və ekologiya mühəndisliyi” kafedrası ali təhsilin “Meliorasiya mühəndisliyi” və “Ekologiya mühəndisliyi” ixtisasları üzrə bakalavriat və “Meliorasiya-mühəndis sistemləri tikintisi və istismarı” ixtisası üzrə magistratura pilləsində aparıcı ixtisas kafedralarından biridir.Gələcək mütəxəsislərin hazırlığında, kafedra 3 ixtisas üzrə 68 müxtəlif fənnin tədrisini həyata keçirir. Tədris olunan fənlər yüksək ixtisaslı mütəxəsislər tərəfindən tədris olunur. Fənlərin tədrisinin keyfiyətini artırmaq, tədris prosesinin səmərəliliyini yüksəltmək üçün müasir təlimin müxtəlif texniki vasitələrindən və metodlarından istifadə olunur.
Vizyonumuz
Meliorasiya və Ekologiya mühəndisliyi kafedrasının vizionu ölkə və regional səviyyədə tanınan, yüksək elmi biliyə və potensiala malik olan ixtisaslı kadrlar hazırlayan və yüksək təhsil standartına sahib olan kafedra olmaqdır.Missiyamız
Meliorasiya və Ekologiya mühəndisliyi kafedrası olaraq missiyamız tələbələrimizə Meliorasiya və Ekologiya, sahəsində ən yaxşı təhsili və ən müasir bilikləri verərək məzunlarımızın həm ölkə daxilində, həm də ölkə xaricində rəqabətə davamlılığını təmin etməkdir.
KAFEDRAYA RƏHBƏRLİK
Naxçıvan Dövlət Universitetinin rektorunun əmri ilə dosent Nəcəfov Cabbar Sərdar oğlu “Meliorasiya və ekologiya mühəndisliyi” kafedrasına müdir təyin edilmişdir. Hal-hazırda kafedraya rəhbərlik edir.