Naxcıvan Dövlət Universitetinin “Ümumi riyaziyyat” kafedrasının əsası 1967-ci ildən, yəni hələ ADPİ-nin filialı kim fəaliyyətə başladığı dövrdən qoyulmuş və formalaşmağa başlamışdır.
“Ümumi riyaziyyat” kafedrası 2018-ci ildən ümumuniversitet kafedrası kimi Fizika-riyaziyyat fakültəsinin tərkibində olmaqla yeganə riyaziyyat kafedrası kimi fəaliyyət göstərir.
Kafedranın fəaliyyəti müddətində riyaziyyatın bir çox sahələrində mühüm elmi tədqiqat işləri aparmaqla mühüm nəticələr alınmışdır və bu nəticələrin bir çoxu dünyanın yüksək reytinqli elmi jurnallarında çap olunmuşdur. Fəaliyyət göstərdiyi dövrdə “Ümumi riyaziyyat” kafedrasının yüksəkixtisaslı kadrların hazırlanmasında diqqətçəkən xidmətləri olmuşdur.
2. Kafedraya rəhbərlik
2022-ci ilin may ayından Naxçıvan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin elmi şurasının qərarı əsasında “Ümumi riyaziyyat” kafedrasına dosent Həsənov Abdulla İsmayıl oğlu rəhbərlik edir.
3. Kafedra haqında ümumi məlumat
Ümumi riyaziyyat kafedrasının əməkdaşları ali təhsilin bakalavriat pilləsində- “Riyaziyyat”, “Riyaziyyat müəllimliyi”, “Riyaziyyat və informatika müəllimliyi”, “Fizika”, “Fizika müəllimliyi”, “Kompüter mühəndisliyi”, “Azərbaycan dili və ədəbiyyat müəlimliyi”, “Biologiya müəllimliyi”, “Kimya müəllimliyi”, “Cografiya müəllimliyi” və universitetin bir çox digər ixtisasaslarında riyaziyyata aid fənləri tədris edirlər.
Fənlərin tədrisinin keyfiyətini artırmaq, tədris prosesinin səmərəliliyini yüksəltmək üçün təlimin müasir metodlarından və texniki vasitələrindən istifadə olunur.
Kafedra bakalavr, magistratura, doktorantura və dissertantura səviyyəsində elmi-pedaqoji kadr hazırlığında yaxından iştirak edir . Haliyədə kafedranın iki doktorantı və 15 magistri var.
Kafedra üzvləri müntəzəm olaraq beynəlxalq və respublika əhəmiyyətli jurnallarda, konfranslard elmi və elmi-pedaqoji məqalələrlə, məruzələrlə çıxış edir, monoqrafiya, dərs vəsaiti, metodiki vəsaitlər dərc etdirirlər.
Hazırda kafedranın iki doktorantı və 15 magistri var.Hazırda kafedrada 25 nəfər müəllim heyəti, bir laborant fəaliyyət göstərir.

