NDU-da professor Rəşid Cabbarov onlayn ustad dərsi keçib
10.12.2024
06:08
Magistratura və doktorantura mərkəzi və Pedaqogika və psixologiya kafedrasının birgə təşkilatçılığı ilə keçirilən ustad dərsini, Bakı Dövlət Universitetinin professoru, psixologjya elmləri doktoru Rəşid Cabbarov keçib. Dərs zamanı "Özünü aktuallaşdırma fenomeni", "Həyatda məna axtarışı", "İhona kompleksi" və "Azadlıqdan qaçış" mövzularında müzakirələr aparılıb.
Ustad dərsində universitetin "Psixologiya" ixtisası üzrə təhsil alan bakalavrları və magistrantlar iştirak edib.

