Search

AZ EN

Yubiley tədbirinin iştirakçıları Ümummilli Liderin abidəsini ziyarət edib

08.12.2025 01:42
Yubiley tədbirinin iştirakçıları Ümummilli Liderin abidəsini ziyarət edib
Xəbər şəkli

Dekabrın 5-də görkəmli kimyaçı alim, akademik Yusif Məmmədəliyevin 120 illik yubileyi münasibətilə keçirilən tədbirin iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət ediblər.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, Əməkdar incəsənət xadimi, AMEA-nın müxbir üzvü, professor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdüçüsü Sevda Məmmədəliyeva və digər konfrans iştirakçıları abidə önünə gül dəstələri qoyub, Ulu Öndərin xatirəsini yad ediblər.

Tədbir iştirakçıları abidə önündə xatirə fotosu çəkdiriblər.

 

 

Paylaş: